İnsanlıq öldümü?
Yusif Nəzərli
12:33 11.02.2024
Sosial
477
Bu günlərdə yoldaşlardan biri ilə söhbət edirdim. İnsanlara inam barədə danışırdıq. İsrarla deyirdi ki, insanlara inam yoxdur, kimsəyə güvənmək olmaz. Çox mübahisə etmədim, sadəcə ötəri “mən belə düşünmürəm” deməklə kifayətləndim. Daha çox isə onun niyə belə düşündüyünü aydınlaşdırmağa çalışdım. Bir insanı ətrafındakılardan, hətta ən doğma hesab etdiklərindən qaçmağa, onlara inamsız yanaşmağa, sevgisiz, emosiyasız yaşamağa nə vadar edə bilər?
İnsan insana niyə inanmaz? Bir insanı buna nə məcbur edə bilər? İnsan nə yaşamalı, nələr görməlidir bunun üçün?..
Əlbəttə, hər kəsin həyatında inqilabi hesab oluna biləcək hadisələr baş verə bilər. Hər kəs itirə bilər. Hər kəs sevdiyi insandan zərbə görə bilmir. Kimsə bundan sığortalanmayıb.
Tamamilə mümkündür ki, bunlar insanın xarakterinə də təsir etsin, bir növ “buzlaşma” effekti yaratsın. Amma bu manqurtlaşma deyilmi? Deyilsə, onda nədir?
Bir neçə həftə əvvəl qardaş Türkiyədə başverən qandonduran hadisə, yəqin ki, çoxlarının yadındadır. Taksi sürücüsü soyuqda üşüməsin deyə maşınına mindirdiyi maskalı gənci onun sözü ilə xeyli gəzdirir, sonra dalan bir küçəyə aparır. Orada “müştərisindən” gedişhaqqını tələb edəndə əslində qurban olduğunu anlayır: gənc tapança ilə sürücüyə bir neçə dəfə atəş açır, maşında pul axtarır, tapdığını götürür, sonra da sürücüyə “heç də hər adama inanmayacaqsan” deyərək çıxıb gedir. Budurmu insanlıq? Bir adam bu həddə çatmaq üçün nələr görməlidir, nələrdən keçməlidir?
Türkiyənin məşhur yazıçı Sabahattin Ali yazır ki, bir insan bir insana, əlbəttə, kifayət edər. Amma insan da gərək insan olsun axı...
Məncə, hər insan bir şansa layiqdir. Hər insana əl uzatmaq lazımdır. Tutarlarsa, nə yaxşı, tutmazlarsa da, canları sağ olsun.
Ətrafımızdakılara şans verməklə əslində həm də özümüzə şans vermiş oluruq. Çünki insan məhz ətrafındakılar, sevdikləri, onu sevənlər sayəsində insan olduğunu hiss edir. Həm də dost, tanış qazanırıq. Yeri gələndə məsləhətləşməyə, dərdləşməyə, yanında ağlamağa, onunla birlikdə gülməyə, hətta bəzən "dava etməyə" bir əzizimiz olur. Yeri gəlmişkən, insan bəzən mübahisə etmək üçün də kimisə axtarır...Maraqlıdır.
İnsanlardan qaçsaq, onlara inanmasaq, özümüzü hər kəsin pis olduğuna inandırsaq onda çətin vəziyyətdə olanda kimə sığınacağıq?
Rəşad Məcidin çox sevdiyim bir fikri var: “Hər insanın sığınmağa bir qalası olsun gərək”. İnsanlara inanmasaq- özümüzə və qarşımızdakına şans verməsək belə bir qalanı haradan tapacağıq?
Demirəm, sadəlövh olaq, aldanaq. Yox. Amma insanlara inanaq və inam sahibi olaq. Çünki insanlıq hələ ölməyib.
Nazim Hikmətin dediyi kimi, insan insana yaxşı gəlməlidir, gəlməyəcəksə, heç gəlməməlidir...
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol