Mbappe transferinin "Real Madrid"də Arda Gülərə təsiri

Mövsümün əvvəlində "Real Madrid"ə transfer olunan və təxminən 3 aya yaxın zədələrlə mübarizə apardıqdan sonra formasını bərpa edən Arda Gülərin komandadan icarə əsasında ayrıla biləcəyi iddia edilirdi.

Sherg.az xəbər verir ki,  PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Kilian Mbappe komandaya qoşulsa, Arda Gülərin komandadan ayrılma ehtimalı artacaq.

"Defansa Central"ın xəbərinə görə, Ardanı oyun şanslarının azalacağı üçün klub rəhbərlərinin başqa komandaya icarəyə götürmək barədə danışmağa başladığı iddia edilib.

Milli futbolçu ilə Dortmund "Borussiya"sı və "Bayer"in də yaxından maraqlandığı bildirilib.