"Sofascore” nəşri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandasını açıqlayıb.
"Report"un məlumatına görə, "11-liy"ə "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də düşüb.
Qeyd edək ki, monteneqrolu oyunçu Bakıda əlavə vaxtda Portuqaliyanın "Braqa" komandasına 2:3 hesabı ilə uduzduqları matçda 120 dəqiqə meydanda olub. Rəqibini səfərdə 4:2 hesabı ilə üstələyən "köhlən atlar" 1/8 finala yüksəlib.