İspaniya La Liqasının 26-cı həftəsində sabah "Sevilya" ilə qarşılaşacaq "Real Madrid"də italiyalı baş məşqçi Ançelottimətbuat konfransı keçirib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, bu mövsüm La Liqada sadəcə 3 matçda cəmi 25 dəqiqə forma geyən Arda Gülərin "meydanda niyə daha çox görünmədi?" sualına Ançelotti, "Bu, digər futbolçularla rəqabət məsələsidir. Çox gəncdir və səbirli olmaq lazımdır. Amma o, lap əvvəldən matça başlaya biləcək səviyyədə oyunçudur"-deyə cavab verib.
Ançelotti "Sevilya" ilə qarşılaşmada hələ start 11-i müəyyənləşdirmədiyini də qeyd edib.
La Liqada 62 xalla "Real Madrid" liderdir, 56 xalla "Jirona" ikincidir.
"Sevilya" 24 xalla 15-ci yerdədir.