İtaliya nəhəngi Arda Güləri istəyir

“Real Madrid”də kifayət qədər meydanlara çıxa bilməyən və baş məşqçisi Karlo Ançelottinin “İnkişaf etmək üçün vaxt ayırmalı” dediyi Arda Gülər ​​İtaliyaya gedə bilər.

"Sherg.az" xəbər verir ki, İspaniyanın "Marca" qəzetinin xəbərinə görə, Gülər ​​İtalyan nəhənginə transfer oluna bilər.

Əgər razılıq əldə olunarsa, "Milan" təmsilçisi 18 yaşlı futbolçunu gələn mövsüm icarə əsasında heyətinə qatacaq.

İtaliya A Seriyasında Hakan Çalhanoğlu, Zeki Çelik və Kənan Yıldız kimi Türkiyənin milli ulduzları da yer alır.