"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
"Sherg.az"ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Almaniyanın "Bayer 04" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 2:2.
26-cı dəqiqədə Yassin Benzia hesabı açıb. 45+2-ci dəqiqədə Olavio Juninyo qonaqları növbəti dəfə məyus edib.
Leverkuzen təmsilçisinin heyətində Florian Virtz 70-ci dəqiqədə fərqi azaldıb. 90+2-ci dəqiqədə isə Patrik Şik Almaniya klubunu məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
22:38
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və Almaniyanın "Bayer" komandaları arasındakı ilk oyun keçirilir.
”Sherg.az” xəbər verir ki, "Qarabağ" komandasının heyətində Juninyo fərqlənib (45+2). Beləliklə, "Qarabağ" komandası 2:0 hesabı ilə öndədir.
xxx
22:16
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və Almaniyanın "Bayer" komandaları arasındakı oyunda hesab açılıb.
”Sherg.az” xəbər verir ki, "Qarabağ" komandasının yarımmüdafiəçisi Yasin Benzia (26-ci dəqiqə) fərqlənib.
xxx
21:48
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ" və Almaniyanın "Bayer" komandaları arasındakı ilk oyun başlayıb.
”Sherg.az” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın 14-də Leverkuzendə baş tutacaq.