"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi 8 Mart Beynəlxalq Qadınlar Günü üçün xüsusi olaraq üslubunu dəyişib.
Sherg.az xəbər verir ki, Argentinalı hücumçu saçlarını çəhrayıya boyayarkən görüntülənib.
Sosial media hesabında sevgilisi Wanda Nara ilə paylaşım edən futbolçu Wandanın qadınlar gününü qeyd edib.
İkardi paylaşımında qeyd edib: "Hər gününü qeyd-şərtsiz sevgisi ilə dolduran qadına, mənə iki gözəl şahzadə bəxş edən qadına, yoldaşım, sirdaşım və həyatımın sevgisi. Bu gün qadınlar gününü təbrik edirəm".