"Barselona"nın və Braziliya milli komandasının keçmiş futbolçusu Dani Alves ötən ay cinsi təcavüzə görə İspaniya məhkəmələri tərəfindən 4,5 il müddətinə azadlıqdan məhrum edilib.
Sherg.az xəbər verir ki, Ney Alves baş verənlərə sərt reaksiya verib və sabiq braziliyalı futbolçunun həbsxanada intihar etməsi xəbərini təkzib edib.
"Barselona"nın keçmiş futbolçusu Dani Alves keçən ay cinsi təcavüzə görə 4,5 il həbs cəzasına məhkum edilib.
Braziliya mediası Albequerque Alvesin həbsxanada intihar etdiyini iddia edib.
Lakin Dani Alvesin qardaşı Ney Alves bu vəziyyətə sərt reaksiya verib və yayılan intihar xəbərinin saxta olduğunu bəyan edib.
Ney Alvesin açıqlamaları belədir:
“Tanrı sənə insanoğlunun zülmünə qalib gəlməyə, dözməyə görə can sağlığı versin. Allah səndən və ailəmizdən mərhəmətini əskik etməsin. O, zatən həbsdədir, məhkum olunub. Bu kifayət deyilmi? İndi də onun ölməsini istəyirlər. Necə də qəddardırlar!
Atamın 70-dən, anamın 60-dan çox yaşı var. Ailəniz yoxdur? Bunu yaymaqda davam edirlər. Tanrı sizə mərhəmət versin".