Mbappenin kəlləsi ilə məzələndilər: Ulduz kababxananı məhkəməyə verib

PSJ-nin ulduz futbolçusu Kilian Mbappe Fransada baş verən maraqlı hadisə ilə gündəmə gəlib.

Sherg.az xəbər verir ki, fransız futbolçu adının kababda hallanmasından sonra Marseldəki kababxananı məhkəməyə verib.

Ulduz futbolçunun adının yer aldığı menyuda  “Mbappenin kəlləsi kimi yumru çörək” qeyd edilib.


 
Vəkili vasitəsilə kababxananı məhkəməyə verən futbolçu adının menyudan çıxarılması üçün 8 gün vaxt verib.

Restoranın sahibi Mohamed Hennin hadisəyə reaksiyası maraqlı olub:  "Utanmırsan? Başqa işin yoxdur? Məni belə bir şeyə görə məhkəməyə vermək? Bu, həqiqətən inanılmazdır. Açığı, buna inana bilmirəm" .