Juninyo “Qarabağ”dan gedir? - Açıqlama

Maraqlı oyun oldu. İkinci buraxdığımız qola görə çox üzüldüm. Amma “Bayer”in potensialı hamıya bəllidir.
Bu sözləri "Qarabağ"ın oyunçusu Olavio Juninyo bu gecə baş tutan "Bayer"lə oyundan sonra mediaya açıqlamasında deyib.

O bildirib ki, qırmızı vərəqə aldığımız epizodda da bəxtsizlik oldu:

"Bu da oyuna təsir etdi. Oyun yüksək tempdə keçirdi. Bu tip oyunlarda sona qədər meydanda olmaq istəyirsən”.

Hücumçu “Qarabağ”dakı gələcəyi haqda xəbərlərə də münasibət bildirib:

“Hazırda “Qarabağ”da xoşbəxtəm. Burada oynadığım üçün qürur duyuram. Mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər. Keçdiyim komandaya tez uyğunlaşa bilirəm”.