A seriyasının nəhəngi "İnter"də çıxış edən Hakan Çalhanoğlu gələcəyi ilə bağlı "CBC Sport"-a açıqlama verib.
Sherg.az xəbər verir ki, "Qalatasaray" azarkeşi olduğu bilinən Çalhanoğluna "Qalatasaray"da oynamaq xəyalınız varmı?" sualı da verilib. O, iddialara sualla cavab verib:
"Düzünü desəm, özümü "Qalatasaray"da oynayacağımı təsəvvür etmirəm. Avropada oynamağı həmişə sevmişəm. Məqsədim həmişə Avropada qalmaq olub. Aşağı liqaya düşmədən bu səviyyədə qalmaq istəyirəm. Türk futbolunu izləyirəm. Ümid edirəm ki, öz adıma keçən aydan daha yaxşı şeylər edə bilərəm”- deyib.
Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində 35 rəsmi oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə verib.
Reaksiyalardan sonra milli futbolçu Hakan Çalhanoğlu X hesabında uşaq vaxtı "Qalatasaray" forması geyindiyi fotosunu paylaşaraq bunlarə deyib:
“Dünən istifadə etdiyim sözlər səhv başa düşüldü. Mən həmişə dürüstlüyə önəm vermişəm, “Qalatasaray”a olan sevgimi, hörmətimi heç vaxt gizlətməmişəm. Futbolumuzu layiq olduğu yerə gətirsək, dünyada hər bir futbolçu Türkiyədə oynamaq istəyər”.