Aleks de Souza: Hazırsanmı, "Antalyaspor", mən gəlirəm"

Mövsümün sonunda Sergen Yalçınla yollarını ayıracaq "Antalyaspor"un yeni baş məşqçisi Aleks de Souza olub. Aleks de Souzanın video mesajı Akdeniz komandasının sosial media hesabında paylaşılıb. 

Sherg.az xəbər verir ki, video kadrlarda Aleks bunları deyib:

"Türkiyədə ilk addımımı 2004-cü ildə atdım. Həm idman, həm də fərdi olaraq həyatımın ən böyük xatirələrini yaşadım. Bu gün 20 il sonra "Antalyaspor"da yeni xatirələr yazmaq üçün yenidən Türkiyəyə qayıdıram. Bu dəfə məşqçi kimi. Hazırsanmı, "Antalyaspor", mən gəlirəm".