2010-cu ildə ailə quran "Hatayspor"un sabiq baş məşqçisi Volkan Dəmirəllə həyat yoldaşı Zeynep Dəmirəlin ayrıldığı iddiası sosial mediada gündəm olub.
Sherg.az xəbər verir ki, iddialarla bağlı Volkan Dəmirəl açıqlama verib.
13 ildir evli olan cütlüyün yollarını ayırmaq qərarına gəldiyi və Zeynep Dəmirəlin boşanmaq üçün məhkəməyə müraciət etdiyi iddia edilib.
Volkan Dəmirəl sosial media hesabından məsələ ilə bağlı açıqlama verib.
"Bəzən (əksər evliliklərdə olduğu kimi) mübahisə edirik, razılaşmırıq. Amma boşanmaq üçün məhkəməyə verdiyimiz müraciət xəbərləri həqiqətə uyğun deyil. Hazırda səhər kofemizi birlikdə içirik.
Cütlüyün Yade və Yeda adlı iki qızı var.