AVRO-2024-də Türkiyə - Gürcüstan matçı öncəsi azarkeşlər arasında dava düşüb.
Sherg.az xəbər verir ki, Dortmunddakı stadionda gürcü futbolsevərlər onlara ayırılan ərazidən keçərək türk azarkeşlərə tərəf istiqamətləniblər.
İki komandanın azarkeşləri üz-üzə gəliblər, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra hadisələr sakitləşib.
Matçın başlamasına 2 saat qalmış yağış yağmağa başlayıb. Getdikcə şiddətlənən yağış səbəbindən stadiondan kənarda əylənən azarkeşlər stadiona girməli olub.