Türkiyə 2024-cü il Avropa çempionatının F qrupunun ikinci oyununda Portuqaliya ilə qarşılaşacaq.
Sherg.az xəbər verir ki, Türkiyə ilə Portuqaliya arasında baş tutan kritik matça alman hakim Feliks Zvayer təyinat alıb.
Zvayerin köməkçiləri Marko Achmüller və Jesus Gil Manzano olacaq.
VAR otağında Bastian Dankert iştirak edəcək.
Türkiyə - Portuqaliya matçı 22 iyun, şənbə günü, saat 19.00-da başlayacaq. Matç TRT 1-də canlı yayımlanacaq.