Türkiyə millisinin sabiq qapıçısı Volkan Dəmirəlin 71 yaşlı atası Naci Dəmirəlin cənazəsi Beykozda cənazə namazından sonra torpağa tapşırılıb. Sherg.az xəbər verir ki, dəfn mərasiminə Volkan Dəmirəl ailəsi başda olmaqla idman və iş dünyasından bir çox adlar qatılıb.
Dəfn mərasimində Volkan Dəmirəl və ailəsi, keçmiş daxili işlər naziri Mehmet Ağar, Emre Belözoğlu, Tuncay Şanlı, Gökhan Gönül, Hatayspor İdarə heyəti və sevənləri iştirak ediblər. Volkan Dəmirəl cənazə namazı zamanı göz yaşlarına boğulub.
Volkan Dəmirəl və həyat yoldaşı Zeynep Dəmirəl başsağlıqlarını qəbul ediblər.