Ağa Dadaşzadə: Millimizin yarım müdafiə və hücum xətti bərbaddır

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda İsveç və Slovakiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Sherg.az xəbər verir ki, baş məşqçi Fernandu Santuş C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də İsveç , 8-də isə Slovakiya milli komandasına qarşı baş tutacaq matçlara 24 futbolçu dəvət edib:

Qapıçılar:
Mehdi Cənnətov, Rza Cəfərov, Yusif İmanov

Müdafiəçilər:
Amin Seydiyev, Qismət Alıyev, Abbas Hüseynov, Şəhriyar Əliyev, Rahil Məmmədov, Bədavi hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev

Yarımmüdafiəçilər:
Elvin Camalov, Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Emil Mustafayev, Emin Mahmudov, Ceyhun Nuriyev, Ozanca Kökçü, Toral bayramov, Ramil Şeydayev

Hücumçular:
Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Renat Dadaşov

Qeyd edək ki, komandamızın təlim-məşq toplanışı sentyabrın 2-də başlayacaq.
Məşqlər "Qarabağ Arena"da keçiriləcək. Sentyabrın 4-də saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyunqabağı son məşq olacaq.
Sentyabrın 6-da isə millimiz Slovakiya ilə matç üçün Koşitseyə yola düşəcək.

Millimizin yeni heyyətini dəyərləndirən  idman jurnalisti Ağa Dadaşzadə "Sherg.az"a söyləyib ki,  Fernandu Santuşun yerlilərə şans verməsi komandanın üstün cəhətidir :

"Santuşun bu addımı təqdirəlayiqdir. Fikrimcə, millimizin yeni heyyəti yaxşı vəziyyətdədir. Ancaq müəyyən çatışmazlıqlar da var. Bu barədə isə Santuşu qınamaq doğru deyil. Çünki ölkədə futbolçı qıtlığı hökm sürür. Azərbaycan milli komandasında yarım müdafiə və hücum xətti bərbaddır. Məsələn, qapıda Rza Cəfərov, müdafiədə "Qarabağ"-ın oyunçuları olsa, uğurlu nəticə əldə etmək olardı. Bu isə məşqçilərin deyil, Azərbaycan futbolunun günahıdır. Heyyəti seçərkən bir qədər dəyişikliklər etsəydilər, daha yaxşı olardı. Məsələn, Elvin Camalovun, Amin Seyidovun, Ceyhun Nuriyevin yerinə, daha inamlı oyunçular gətirmək mümkündür. Ona görə ki, həmin futbolçular güclü performans göstərə bilməyəcəklər. Ancaq yerdə qalan futbolçuların  fiziki göstəriciləri və oyun taktikaları yaxşıdır. Son oyunda İsveçə Bakıda 3-0 hesabla məğlub olduq. Ancaq unutmamalıyıq ki, İsveçə xal lazımdır. Hər bir halda Azərbaycanın əzmindən çox şey asılıdır. Slovakiyaya gəlincə isə hesab bərabər olsaydı, çox əla olacaqdı. Nəzərə almaq lazımdır ki, Fernandu Santuşun rəhbərliyi ilə heyyət  ilk dəfə oyuna çıxacaq. Buna görə də, qələbə praktika cəhətdən çətindir. Ən yaxşı halda hər oyundan bir xal arzulayıram. Rəqiblərin güclü olması işə işimizi çətinləşdirir".