Zinəddin Zidan geri dönür 

2021-ci ildə "Real Madrid"dən ayrıldıqdan sonra heç vaxt başqa komanda idarə etməyən fransız məşqçi Zinəddin Zidan "Mançester Yunayted"ə yollanır...

Sherg.az xəbər verir ki, "Mirror Football"ın xəbərinə görə, "Mançester Yunayted"in ən böyük investorlarından biri olan britaniyalı milyarder Cim Ratkliff fransız əfsanəni növbəti məşqçi kimi görmək istəyir. İspaniya nəhəngindən ayrıldıqdan sonra Fransa millisinə başçılıq etmək arzusunda olan Zidan bu hədəfi reallaşmadıqdan sonra təkliflərin heç birini qəbul etməyib.

Aleks Ferqyusondan sonra istədiyi sürətə çata bilməyən Zidanın "Mançester Yunayted"ə gəlişinin nəinki inqilabi olacağı, həm də uzun müddətdir yarışmaq üçün gözləyən azarkeşlərin gözləntilərini artıracağı iddia edilib.