Tanınmış fransalı jurnalist Dani Riolo “Real Madrid”in ulduz hücumçusu Kilian Mbappenin Fransa millisinin noyabr matçlarında iştirak etməməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, jurnalist Mbappenin axmaq yerinə qoyulduğunu bildirib.
“Yalnız bir səbəb var. Mən 1000% əminəm ki, Deşam sonuncu dəfə baş verənlərə görə ondan qisas alır. Ona görə yox ki, o, milliyə gəlməyib – qarşılıqlı razılaşma ilə olsaydı, hər şey yaxşı olardı. Mbappe sadəcə deyib: “Gəlməyəcəyəm, zədəm var” və bundan üç gün sonra o, artıq “Real”da oynayırdı.
Deşam nəsə deməli idi, çünki zədə ilə bağlı deyilənlər yalan çıxdı və bununla da onu axmaq kimi göstərdi. O, ixtiyar baxımından və hətta sadəcə insanlıq baxımından buna yol verə bilməzdi. Bu baxımdan onun qərarını başa düşürəm. Buna görə Mbappeyə zəng etmədi”.