
Ermənistan labirintdədir: Əllər yuxarı...
04:22 22.11.2024
Siyasət
829
Bakı şərtlərindən bir addım geri çəkilməyib
Paşinyan anlayır ki, Azərbaycanın tələblərini yerinə yetirmədən sülh müqaviləsini imzalamaq mümkün deyil
Bakı İrəvandan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Razılaşdırılması ən çətin olan problemin də bununla bağlı olduğu bildirilir. Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası var. Rəsmi Bakı bu istinadın Ermənistan Konstitusiyasından çıxarılmasını tələb edir. Azərbaycanın qəti mövqeyi belədir ki, sülh müqaviləsinin imzalanması bundan sonra, yaxud sazişin tam razılaşdırılması ilə baş tuta bilər. “Hraparak” qəzeti yazıb ki, Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki bəndi ilə bağlı mövqelərdə yaxınlaşma var. Nəşrin iddiasına görə, iki bənd - üçüncü ölkənin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədindən getməsi və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddiaların rədd edilməsidir. Birinci tələb Avropa İttifaqının (Aİ) mülki missiyası Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməzdən əvvəl irəli sürülüb. O zaman problem yalnız Rusiya sərhədçilərinə aid idi. Ermənistan hakimiyyəti buna etiraz etməyib. Amma Aİ müşahidəçiləri sərhədə gəldikdən sonra Azərbaycan bu tələbi yenidən formalaşdırıb. Ancaq nəşr qeyd edir ki, bu, məqamlar razılaşdırılsa belə, sənədin imzalanması çətindir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, siyasi şərhçi Samir Əsədli "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaq üçün irəli sürdüyü əsas şərtlərdən biri Ermənistanın müstəqillik bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasıdır. Ekspertin fikrincə, bu bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq iddialar yer alır və Bakı haqlı olaraq bunu sülh müqaviləsinin ruhuna zidd hesab edir:

"Paşinyan anlayır ki, Azərbaycanın tələblərini yerinə yetirmədən sülh müqaviləsini imzalamaq mümkün deyil. Məhz bu səbəbdən də Paşinyan "Müstəqillik Bəyannaməsi"nin sülhün önündə əngəl olmasını bildirməklə kifayətlənməyib. Ermənistan Konstitusiyası müstəqillik bəyannaməsinə istinad edir. Həmin bəyannamədəki iddialar ləğv olunduğu halda məsələlərin mahiyyəti tamam dəyişir. Çünki bəyannamədə konkret olaraq əsassız olaraq göstərilir ki, Ermənistan keçmiş Dağlıq Qarabağla birləşib. Bu bəyannamə o vaxt Ermənistan parlamenti tərəfindən qəbul edilib. Referendum yolu ilə belə iddialar ora salınmayıb. İndiki halda Ermənistan parlamentində bəyannamənin bu “bəndlərinin” beynəlxalq hüquqa ziddi olduğu əsas gətirilib aradan qaldırıla bilər".
S.Əsədli vurğulayıb ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını təmin etmək üçün erkən seçkilər və ardınca Konstitusiya dəyişikliyinə dair referendum keçirməyi də nəzərdən keçirir: "Fikrimcə, Paşinyan ölkə daxilində referendum üçün hazırkı vəziyyəti qeyri-məqbul hesab edir. İndi Paşinyan da asan yola qaçır. O, ilk növbədə Ermənistanın müstəqillik bəyannaməsindəki həmin bəndləri aradan qaldırmağa çalışır. Daha sonra referendumla konstitusiyaya ediləcək dəyişikliklər fonunda həmin istinad da aradan qalxmış olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət