Ali Koçu itələyib yıxmışdı - Həbs olundu

İzmirin “Göztepe” klubunun azarkeşi Fatih Özkanın barəsində azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

QOL.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Qərara səbəb Superliqanın 2-ci turunda keçirilən “Göztepe” - “Fənərbaxça” matçında qonaq klubun prezidenti Ali Koça qarşı edilmiş hərəkət olub. 

Azarkeş A.Koçu itələyərək onu yerə yıxıb. 

İzmir məhkəməsinin qərarı ilə F.Özkan barədə 7 ay 15 gün həbs qərarı verilib. Həmin şəxs haqda daha əvvəl ev dustaqlığı qərarı verilmişdi. F.Özkan məhkəmədəki son sözünündə bəraət tələb edib.

Qeyd edək ki, həmin matç 2024-cü ilin avqustunda keçirilib və 2:2 hesabı ilə yekunlaşıb.