Ərdoğan: Suriya məsələsində güzəştə getməyəcəyik

Türkiyə Suriyanın ərazi bütövlüyü məsələsində heç bir güzəştə getməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezideni Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəcib Mikati ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Suriyanın iki mühüm qonşusu olaraq Livanla birlikdə hərəkət etmək barədə razılığa gəldik. Biz Suriyanın ayağa qalxmasına kömək etmək niyyətindəyik Bizim suriyalıların gündəlik həyatını normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik. Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması üçün heç bir güzəştə getməyəcəyik”, - deyə Ərdoğan bildirib.