Ukrayna qoşunları ABŞ istehsalı olan ATACMS raketləri ilə Rusiyanın Rostov vilayətinə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar verdiyi məlumata görə, bütün raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Bildirilir ki, Kamenski rayonunda raketin qalıqlarının düşməsi nəticəsində yaşayış binası yanıb.