“Beşiktaş”a yeni prezident seçildi

“Beşiktaş”ın yeni prezidenti Serdal Adalı seçilib.

Teleqraf.com xəbər veir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, açılan 17 qutunun nəticələrinə görə, Adalı rəqibi Hüseyn Yücəli səs çoxluğu ilə üstləyib.

Nəticələrə əsasən Serdal Adalı 5516, Hüseyn Yücel isə 2296 səs toplayıb.

Qeyd edək ki, Serdal Adalı biznes və iş adamı Serdal Adalı 2012-2015-ci illərdə Türkiyə Jokey Klubunun prezidenti vəzifəsində çalışıb və 2018-ci ildə yenidən bu vəzifəyə təyin edilib. O, həmçinin “Beşiktaş”da vitse-prezident və futbol komitəsinin rəhbəri vəzifələrində çalışıb. 2013 və 2020-ci illərdə “Beşiktaş” prezident seçkilərində də namizəd olub.