Almaniya klubunun baş məşqçisi istefaya göndərilib

Almaniyanın “Leyptsiq” komandası baş məşqçisi Marko Rozeni istefaya göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssis 2022-ci ildən Bundesliqa təmsilçisinə rəhbərlik edirdi.

Qeyd edək ki, "Leyptsiq" 42 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.