“AZE Nakhchivan-Köln SK” Futbol Klubunun idarə heyətinin iclası keçirilib
10:24 11.12.2019
İdman
607
“AZE Nakhchivan-Köln SK” Futbol Klubunun idarə heyətinin iclası keçirilib. Klubun mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, iclasda bir sıra vacib qərarlar qəbul olunub. Klubun tərkibində akademiyanın yaradımasına qərar verilib. Bundan başqa klubun nəzdində təxminən 5 müxtəlif yaş qrupundan ibarət komandalar yaradılacaq. Birinci qrup 6-7, ikinci qrup 8-9, üçüncü qrup 11-12, dördüncü qrup isə 17-18 yaşlılardan təşkil olunacaq. Hələlik 4 yaş qrupundan ibarət komandanın olması qərarlaşdırlıb. Gələckdə bu yaş qruplarının sayının artırılacağı nəzərdə tutulur. Akademiyadan başqa klubun tərkibində transfer və skout fəaliyyətinin aparılması üçün “AZE Nakhchivan-Köln SK” Futbol şirkətinin qurulmasına qərar verilib. Akademiya ilə bağlı işlər davam etdirlir. Hələlik Almaniyada yaşayan uşaqlar, yeniyetmə və gənclər müraciət edə biləcəklər.
Amma orada daimi qalmaq üçün şərait formalaşandan sonra digər ölkələrdən də uşaq və yeniyetmələr qəbul ediləcək. Klub eyni zamanda qərara alıb ki, Avropa ilə Azərbaycan arasında idmanın əsas qollarından biri olan futbolla bağlı əlaqələri gücləndirsin. Eyni zamanda Azərbaycan klublarının xarici klublarla əlaqələri, onların skout işlərinin dəstəklənməsi, gələcəkdə Azərbaycan klublarının da təlim-məşq toplantılarının Avropada təşkil olunması istiqamətində fəaliyyət göstəriləcəyi ilə bağlı qərar qəbul olunub.
İclasda həmçinin Köln Nippes Bələdiyyəsinin bu şəhərin Weiden qəsəbəsində yerləşən futbol kompleksindən istifadəsinə dair razılıq qərarı üçün klub rəhbərliyi adından şəhər bələdiyyə rəhbərliyinə təşəkkür müraciəti qəbul edilib. “AZE Nakhchivan-Köln SK” Futbol Klubunun mətbuat xidməti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi