Çeçen məşqçi millimizi çalışdıracaq
15:11 08.11.2019
İdman
542
Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında qurumun prezident əvəzi Namiq Əliyevin rəhbərliyi altında geniş tərkibdə iclas keçirilib. Tədbirdə AGF rəhbərliyi ilə yanaşı, güləş yığmalarımızın məşqçiləri iştirak edib. Federasiyanın başçısı sərbəst güləş üzrə millimizdə böyük məşqçi Zəlimxan Hüseynovun bundan sonra baş məşqçi əvəzi kimi fəaliyyət göstərməsinə qərar verildiyini açıqlayıb. Arif Abdullayevlə yanaşı, daha bir köməkçi-məşqçinin əsas komandada çalışması məqsədəuyğun sayılıb.
N.Əliyev iclasda əsas hədəfin Tokio-2020 olduğunu bildirib: “Təəssüf ki, Nur-Sultanda keçirilən dünya çempionatında cəmi iki lisenziya qazandıq. Biz daha yaxşı nəticə gözləyirdik. Mümkün qədər çalışmalıyıq ki, martda Macarıstanda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirində əksər lisenziyaları əldə edək.
Hədəf heç də maksimum sayda vəsiqə qazanmaq deyil. Bizim üçün perspektiv vəd edən çəkilərdə Olimpiadada təmsil olunmalıyıq. Enerjimizi bu istiqamətdə xərcləməliyik. Hamı üzərinə düşən məsuliyyəti dərk etməlidir.
Bildiyiniz kimi, yunan-Roma güləşi üzrə yığmada baş məşqçi məsələsini həll etdik. Artıq komanda yeni çalışdırıcının rəhbərliyi altında plana uyğun hazırlıq keçir. Burada işlər qaydasında gedir.
Sərbəst güləş yığmamız baş məşqçisiz idi. Belə qərara gəldik ki, bundan sonra Zəlimxan Hüseynov baş məşqçi əvəzi kimi çalışsın. Arif Abdullayev də əsas komandada işinə davam edəcək. Eyni zamanda, daha bir məşqçini bu milliyə təyin edəcəyik.
Bütün komandalarda nizam-intizama ciddi riayət edilməlidir. Federasiya olaraq, komandalarımız üçün əlimizdən gələn dəstəyi verəcəyik. Təlim-məşq toplanışları, vitamin təminatı və sair məsələlərlə bağlı problem olmayacaq. Bütün səyimizi ortaya qoyub, yumruq kimi bir hədəfə vurmalıyıq. Tokio Olimpiadasından qızıl medalla qayıtmalıyıq. Rio-2016-dan zəif çıxış etməyə haqqımız yoxdur.
Dekabrda keçiriləcək Azərbaycan çempionatı heyətin müəyyənləşdirilməsi üçün olduqca vacibdir. Vaxtımız çox azdır. İnşallah, yaxşı hazırlıq keçib, əksər lisenziyaları əldə edərik”.
Qeyd edək ki, milliyyətcə çeçen olan 38 yaşlı Zəlimxan Hüseynov Dağıstandandır. O, Azərbaycan adından çıxış edərək 2009-cu ildəki dünya çempionatında gümüş, bir il sonrakı analoji turnirdə bürünc medal qazanıb. O, 2009-cu ilin Avropa çempionudur. Sərbəst güləş millimizlə iki dəfə (2009, 2011) Dünya Kubokunun qalibi olub. Hüseynov Azərbaycanı 2008-ci il Olimpiadasında təmsil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol