Fərid Qayıbov Mariana Vasilevanın nazir müavini təyin olunma səbəbini açıqlayıb
Yusif Nəzərli
15:18 06.12.2021
İdman
770
Gənclər və idman naziri Fərid Qayıbov bədii gimnastika üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Mariana Vasilevanın müavin təyin olunmasının səbəbini açıqlayıb.
F.Qayıbov bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmi saytındakı məqaləsində yazıb.
O bildirib ki, Vasileva əsl peşəkardır: “Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə gənclər və idman nazirinə iki müavin təyin edilib. İdman sahəsi üzrə müavin Mariana Vasileva yüksək təcrübəyə malik, peşəkar, nizamlı, məsuliyyətli və nəticəyə köklənmiş mütəxəssisdir. Digər müavin – İndira Hacıyeva gənclər siyasəti sahəsində böyük yol keçmiş və nazirlikdə çalışan peşəkar kadrdır”.
F.Qayıbov nazirliyin yaxın illər üçün strategiyasının hazırlandığını xatırladıb: “Bu məqsədlə geniş sosioloji tədqiqatın aparılması planlaşdırılır: “Nazirlikdə və tabe qurumlarda çalışan mütəxəssilərin bilik və bacarıqlarının artırılması, idarəetmənin təkmilləşdirilməsi məqsədilə çoxkomponentli layihənin həyata keçirilməsini nəzərdə tuturuq”.
Nazir qarşıya qoyulan hədəflərdən də söz açıb: “Məqsədimiz gənclər və idmanla bağlı bütün səviyyələrdə standartlarımızı və potensialımızı artırmaq, gənclərin inkişafını təmin edən yeni alətləri yaratmaqdır. Əminəm ki, “gənclərlə və gənclər üçün”, birlikdə və sistemli çalışaraq, qalib xalqın uğurlu gəncliyini görəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya