FIA və AAF prezidentlərinin müzakirəsi...
Yusif Nəzərli
15:42 29.04.2023
İdman
578
Azərbaycan Avtomobil Federasiyasının prezidenti (AAF) Anar Ələkbərov "Formula-1" Azərbaycan Qran Prisi çərçivəsində Bakıda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem ilə görüşüb.
Oxu.Az-ın məlumatına görə, görüşdə FIA ilə AAF arasındakı mövcud sıx əməkdaşlıq, bir sıra birgə layihələr, o cümlədən Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının 2023-cü il dekabrın 4-8-də Bakıda keçiriləcək iclası və mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) hazırlıqlarla bağlı təşkilati məsələlər müzakirə olunub.
Anar Ələkbərov FIA ilə əlaqəli şəkildə tədbirə hazırlıq işlərinin aparıldığını qeyd edib. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsindən məmnunluq bildirilib və bu kimi idman tədbirlərinin Azərbaycanda avtomobil idmanının təşviqində böyük rol oynadığı vurğulanıb.
Xatırladaq ki, ötən il FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilən iclasında Bakı səsvermə ilə Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının toplantısı və mükafatlandırma mərasiminin növbəti ev sahibi seçilib. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə ev sahibliyi etmək üçün bir neçə ölkə, həmçinin, Azərbaycan müraciət etmişdi. Səsvermə nəticəsində Bakının namizədliyi təsdiq olunub. FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi tədbirləri zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə