Formula 1 Azərbaycan Qran-Prisinə ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb
02:35 09.04.2023
İdman
544
Bu il keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin biletləri əvvəlki yarışlardan daha sürətlə satılır. Tribunaların bir çoxuna biletlər artıq tamamilə tükənib. Qalan tribunalarda isə çox az yer qalıb.
Bunu AZƏRTAC-a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
O qeyd edib ki, “Abşeron” tribunasının B seksiyasına, “Filarmoniya”, “Sahil” və “Bulvar” tribunalarına biletlər tam satılıb. “Muğam” tribunasına isə çox az bilet qalıb.
Turab Teymurov vurğulayıb ki, Formula 1 yarışı artıq yeddinci ildir Azərbaycanda keçirilir. Lakin ilk dəfədir ki, biletlər belə tez satılır. Bakıdakı yarışa ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb.
“Azərbaycan Qran Prisi aprelin 28-30-da keçiriləcək. Paytaxtda əsas turnirlə yanaşı, mövsümün ilk sprint yarışı da təşkil olunacaq. Ümidvarıq ki, Azərbaycan Qran Prisi gələcəkdə də davam edəcək. Bakıdakı yarışın müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar gedir. Bu barədə yekun məlumatlar olan kimi ictimaiyyətlə paylaşılacaq”, - deyə Turab Teymurov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol