Formula 2: Türkiyəli pilot Cem Bölükbaşı çıxışını başa vurub

Formula 2 üzrə əsas yarışda daha bir qəza baş verib.

AZƏRTAC xəbər verir ki, "Charouz Racing System"də çıxış edən türkiyəli pilot Cem Bölükbaşı qoruyucu səddə çırpılıb.

Yarışda 11 komanda birincilik uğrunda mübarizə aparır. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.