Gövhər Beydullayeva: “Bir tur əvvəldən çempion olacağımı hiss etmişdim”
19:19 23.10.2022
İdman
776
“Sondan əvvəlki turu oynadığımız gün hiss edirdim ki, çempion olacam. İçimə elə bir hiss dolmuşdu”.
Bunu “Report”a açıqlamasında İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Gövhər Beydullayeva deyib.
Xanım şahmatçımız bildirib ki, 10-cu turda oyunun gedişində öndə olsa da, uduş vəziyyətini əldən verib: “Alınmadı və heç-heçə oynadım, amma buna baxmayaraq, bir tur əvvəldən çempionluğu təmin etdim”.
19 yaşlı qrossmeyster daha əvvəl onlayn formatda dünya çempionu olsa da, ilk dəfə klassik şahmatda bu uğuru qazandığını vurğulayıb: “Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Burada çempion olduğum üçün Dünya Kubokuna vəsiqə qazandım. O yarışda da Azərbaycanı layiqincə təmsil etmək istəyirəm. Həmçinin qadınlar arasında da dünya çempionatında iştirak etmək arzum var. Azərbaycana 20 yaşa qədər qadınlar arasında qızıl medalı gətirən ilk şahmatçı olduğum üçün çox sevincliyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə