"Legiya"nın direktoru: "Mahir Emreli yaxşı hərəkət etmir, özünə xələl gətirir"
Yusif Nəzərli
12:55 17.01.2022
İdman
552
"Məncə, bu, mütləq Emrelinin günahı deyil, yəqin ki, onun məsləhətçilərinindir".
"Report"un məlumatına görə, bunu Polşa "Legiya"sının idman direktoru Yatsek Zelinski Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin toplanışa qoşulmaması barədə "TVP Sport"a açıqlamasında deyib.
Zelinski 25 yaşlı hücumçunun müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğunu xatırladıb: "Məncə, mövzunu çox pis oynayırlar. O, bizim oyunçumuzdur. Azarkeşlərlə insidentdən öz ehtiyaclarınız üçün istifadə axmaqlıq etmək cəhdidir. O, hər şeydən əvvəl özünə, komandaya və gələcəkdə başqa klubların özünü necə görməsinə xələl gətirir. Bu, yaxşı hərəkət deyil. Hazırda iş vəkillərin müzakirəsi səviyyəsində gedir. Mənə elə gəlir ki, bizim arqumentlərimiz kifayət qədər güclü, balanslaşdırılmışdır. Qarşı tərəf isə müxtəlif arqumentlərdən istifadə edirlər və oyunçunu daha da zədələyirlər. Bunun necə həll olunacağını söyləmək çətindir".
Klub rəsmisi Emrelinin adının Türkiyənin "Qalatasaray" və "Başakşehir" komandaları, həmçinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə hallanmasına da toxunub: "Bu komandalardan təkliflər alırıqmı? Bilirəmki, bu, agentlərin işidir. Onlar vəziyyəti elə idarə edirlər ki, sanki Emreli azad agentdir. Bu, qətiyyən doğru deyil. O, "Legiya"nın futbolçusudur. Qarşıda bizi araşdırma gözləyir. Hesab edirəm ki, mübahisəli məsələdə bizim xeyrimizə olan ciddi arqumentlər var. Mahirin nümayəndələri onu sərbəst oyunçu kimi təklif etməyə çalışırlar. Bəlkə də bu maraq ondan irəli gəlir. Çünki söhbət klubdan gedirsə, Emreliyə heç bir təklif gəlməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
12:50 01.07.2026
Sosial