Mahir Emreli Xorvatiyada nə vaxt debüt edəcək?
Yusif Nəzərli
13:36 03.02.2022
İdman
808
Mahir Emrelinin Xorvatiyanın dəyişməz çempionu “Dinamo”da çıxış edəcəyi vaxt bilinib.
Oxu.Az-ın xəbərinə görə, Mahir artıq 3 gün sonra – fevralın 6-da Xorvatiya çempionatında autsayderlərdən olan “İstra 1961”ə qarşı oynaya biləcək.
Lakin onun Pula şəhərindəki səfər matçına yollanması sual altındadır. Buna səbəb cəmi 3 gündür ki, Mahirin komandaya qoşulmasıdır. Üstəlik, Emreli 1 aydan çoxdur ki, heç bir komanda ilə birgə məşq keçməyib. Bu səbəbdən də baş məşqçi Jelko Kopiçin onu start heyətə daxil etməsi gözlənilmir.
Mahirin meydana çıxmaq ehtimalı böyük olan matç isə fevralın 12-də olacaq. Burada “Dinamo” məşhur “Maksimir” stadionunda “Qoritsa” komandasını qəbul edəcək. Fevralın 18-də “Sevilya” ilə UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk görüşünə çıxacaq Zaqreb komandası iki gün sonra çempionatda “Lokomotiva”nı qəbul edəcək. Fevralın 24-də isə məşhur “Sevilya” ilə Zaqrebdə cavab görüşü olacaq.
Qeyd edək ki, Mahir Emreli “Dinamo” ilə 2025/26 mövsümünün sonunadək müqavilə bağlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm