Maradonanın indiyə qədərki ən böyük divar rəsmi çəkilib - FOTOLAR

Argentinanın paytaxtı Buenos-Ayresdə bir binanın divarına futbol əfsanəsi Dieqo Armando Maradonanın  62-ci ad günündə şəkli çəkilib. Məşhur muralist Martin Ron Maradonanın ad günündə İtaliya-90 Dünya Kubokundan əfsanəvi şəklini 45 metr hündürlüyündəki binanın divarına həkk edib. 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, divar rəssamı Martín Ron şəhərin mərkəzində 1060 metrlik divarda 1990-cı ildə Almaniyaya qarşı keçirilən Dünya Kubokunun finalında komandasını fəal olmağa çağıran Maradonanın şəklini təsvir edib. 
41 yaşlı Ron, "Biz artıq bilirik ki, o, dünyanın ən yaxşı oyunçusu idi, amma şəxsiyyət olaraq kim idi? O, döyüşçü idi, çətinliklərə dözürdü, hətta zədə alırdı, başına gələn hər şeylə üzləşirdi".
Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında ürək tutmasından vəfat edib. Bundan sonra milyonlarla insan onun yasını tutub. 
 Ron və yeddi rəssamdan ibarət  qrup tərəfindən hazırlanmış divar rəsmi tamamlandıqda, 800 litr boyadan istifadə ediləcək. Ron, 45 metr hündürlüyündəki təsvirin Maradonanın indiyə qədərki ən böyük divar rəsmi olduğunu söylədi.
Turan