"Neftçi" baxışda olan hücumçu ilə bağlı qərar verib

"Neftçi" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı zamanı baxışa çağırdığı panamalı futbolçu Ansoni Alexandro Frias Qonsaleslə bağlı qərarını açıqlayıb.

Bu barədə "Report"a klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, 21 yaşlı hücumçunun çıxışı məşqçilər heyətini razı salmayıb. Bu səbəbdən gənc forvard komandadan göndərilib.