“Neftçi” “Beşiktaş”a məğlub olaraq, avrokuboklarla vidalaşıb - YENİLƏNİB-7
Yusif Sultanoğlu
19:51 17.08.2023
İdman
551
“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub.
Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan “Neftçi” gözlənilmədən “Beşiktaş” stadionunda ilk qolu vuran tərəf olub. 36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.
Meydan sahibləri fasilədən sonra geridönüş etməyi bacarıblar. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar dəqiq zərbə ilə toru silkələyib. 71-ci dəqiqədə Cekson Muleka komandasının qələbə qoluna imza atıb.
Beləliklə, cavab matçında rəqibinə 1:2 hesabı ilə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb. “Beşiktaş” isə pley-off
mərhələsinə yüksəlib. İstanbul nəhənginin növbəti raunddakı rəqibi Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq.
23:29
“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.
“Report”un məlumatına görə, “Beşiktaş” stadionunda baş tutan qarşılaşmada yenə ev sahibləri fərqləniblər.
71-ci dəqiqədə Cekson Muleka komandasını hesabda önə keçirib - 2:1. Telegram Widget
23:14
“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
“Report”un məlumatına görə, “Beşiktaş” stadionunda baş tutan qarşılaşmada bu dəfə ev sahibləri fərqləniblər.
57-ci dəqiqədə Vensan Abubakar hesabı bərabərləşdirib - 1:1.
23:03
İstanbulda “Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
“Report”un məlumatına görə, “Beşiktaş” stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra Azərbaycan təmsilçisi 1:0 hesabı ilə öndədir.
22:47
İstanbulda “Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.
“Report”un məlumatına görə, “Beşiktaş” stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.
“Report”un İstanbula ezam olunmuş müxbirinin məlumatına görə, “Beşiktaş” stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 36-cı dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov olub.
22:00
“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.
“Report”un məlumatına görə, “Beşiktaş” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.
Qarşılaşmanı avstriyalı hakim Yulian Veynberger idarə edir.
Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda reallaşan ilk matçda “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.
20:57
Türkiyədə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Beşiktaş" və "Neftçi"nin start heyətləri bəlli olub.
"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Beşiktaş”: 34. Mert Günok (k), 24. Valentin Rosye, 20. Necip Uysal, 12. Daniel Emerti, 77. Umut Meraş, 71. Cin Onana, 83. Gedson Fernandeş, 21. Dəmir Tıknaz, 7. Ante Rebiç, 90. Semih Kılıçsoy, 40. Cekson Muleka,
"Neftçi": 1. İvan Brkiç, 99. Ervin Koffi, 5. Kenni Sayef, 4. Mark Tamaş, 44. Yuri Matias, 23. Ataa Caber, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 11. Kilan Lebon, 9. Andre Şinyaşiki, 5. Aaron Olanare
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk matçda "Neftçi" 1:3 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
