“"Qarabağ" bizə qürur hissi yaşatdı” - Almaniyada yaşayan soydaşımız

"Qarabağ"ın oyununa böyük maraq var idi. Orada iştirak edən hər bir şəxs qürur hissi keçirirdi.
"Sherg.az" xəbər verir ki, bu sözləri Almaniyada yaşayan diaspor fəalı Cavid Təhməzli bildirib.
“Bayer 04”- “Qarabağ”ın oyuna Avropada yaşayan soydaşlarımız böyük həvəslə iştirak etdilər. Klubumuza sona qədər dəstəklədilər. Başqa cürə ola bilməzdi. Bu gün təkcə, “Qarabağ”a futbol klubu kimi yox, həm də bizi birləşdirən dəyər kimi yanaşmaq lazımdır. “Qarabağ” bunu bacarır. Sonuncu oyunda soydaşlarımızın “Qarabağ” necə dəstək verdiyini televiziya ekranlarından da eşitmək olurdu. ”Qarabağ” bunu qazanıb. Hər zaman dogma klubumuzun yanındayıq. Həm də sabah başqa klublarımız gələrsə, eyni dəstəyi görəcəklər”.

C. Təhməzli Vətən müharibəsindən sonra soydaşlarımız arasında birliyin gücləndiyini diqqətə çatdırdı:
"Cənab Prezidentin atdığı qətiyyətli addımlar xaricdə yaşayan soydaşlarımız arasında birliyin güclənməsinə təkan verib. Biz hər addım başı hiss edirik və real həyatda da görürük. Bir zamanlar məğlub Azərbaycan dünyada qalib dövlət kimi tanınır. İşğal altında qalan torpaqlarımızın azad olunması həmrəyliyimizi daha da gücləndirib. Vətənə olan bağlılığı artıb”.