"Qarabağ"ın direktoru: "Bizə qarşı tərbiyəsizlik edən..."
18:31 04.10.2019
İdman
585
Qələbə ilə qayıtdığımıza görə çox sevincliyik. Matçda xoşagəlməz hadisələr yaşandı. Ancaq biz öz mədəniyyət və fəlsəfəmizlə Azərbaycana yaraşan şəkildə ölkəmizi təmsil etdik.
Report xəbər verir ki, bu fikirləri jurnalistərə açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çəlikəl Lüksemburqda "Düdelanj" üzərində 4:1 hesablı qələbə qazandıqları Avropa Liqasının II tur matçı barədə danışarkən deyib.
Klub rəsmisi həmin qarşılaşmada hadisələrin böyüməməsi üçün əllərindən gələni etdiklərini bildirib: "Qələbəmizlə bizə qarşı tərbiyəsizlik edən ölkənin cavabını layiqincə verdik. Lüksemburqda bizdən üzr istədilər. Oyunda hər hansı bir hadisənin yaşanmayacağına söz verdilər. Biz ona görə matça davam etdik. Burada Lüksemburqu günahlandıra bilmərik, mənfur düşmənlərin etdiyi əməldir. Onlar da lazım olan tədbirləri gördülər".
Əhrah Çəlikəl deyib ki, bu cür təxribatlara hazır olmalıdırlar: "Biz futbol oynayırıq. Ən gözəl cavabı oyunumuzla və qələbələrimizlə verəcəyik. Bunu indi bacardıq. İnanıram ki, gələcəkdə də yaxşı nəticələrə nail olmağa çalışacağıq. Biz futbol klubuyuq. Azərbaycanı təmsil edirik. Bunu da layiqincə yerinə gətirməyə çalışırıq. AFFA lazım olan tədbirləri görəcək və onlarla birlikdə işləyəcəyik. Biz həmin an baş katib Elxan Məmmədovla əlaqədə idik. Mənə tez-tez zəng edirdi və onu məlumatlandırırdıq".
Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.
AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə