
"Qarabağ"ın "Tottenhem" məğlubiyyəti: Ələ düşən fürsətləri dəyərləndirmək lazım idi -ANALİZ
11:34 27.09.2024
İdman
496
"Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub.
"Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.
Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə “köhlən atlar”dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib. “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov "Sherg.az"a açıqlamasında bildirib ki, oyun "Qarabağ" üçün ideal başlasa da, komandamız say üstünlüyündən yararlana bilmədi:

''Realizə ilə bağlı problemlər var idi. Ələ düşən fürsətləri isə dəyərləndirmək lazım idi. Həmçinin bitiricilik daha yaxşı olmalıydı. Lakin lazımsız səhvlər oldu. Penaltini də daha təcrübəli və soyuqqanlı futbolçu vurmalı idi. Təbii ki, oyundan sonra danışmaq, fikir yürütmək daha asandır. Düzünü daha yaxşı Qurban Qurbanov bilir. Amma xatırladım ki, baş məşqçi "Neftçi" üzərində 4:0 hesablı qələbədən sonra da komandadan razı qalmadığını bildirmişdi. Bu gün "Qarabağ"ın bir çox futbolçusu diqqət mərkəzindədir. Onlara daha səviyyəli çempionatlarda iştirak edən klublardan təkliflər var. Bəlkə bu da komandanın konsentrasiyasına təsir edən amillərdəndir. Ümid edək ki, Qurban müəllim növbəti həftə "Malmö" ilə keçirəcəyimiz oyuna kimi vəziyyəti düzəltməyi bacaracaq''.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm