
"Qarabağ"ın "Tottenhem" sınağı: Qurban Qurbanov ilk görüşü yaxşı xatırlayır -AÇIQLAMA
13:26 26.09.2024
İdman
598
"Qarabağ" bu gün Avropa Liqasının liqa mərhələsi çərçivəsində "Tottenhem"lə qarşılaşacaq. London təmsilçisinin 2 futbolçusu zədəlidir. Braziliyalı ulduz Riçarlison avqust ayının sonlarında sıradan çıxıb. Vilson Odobert isə 18 sentyabrda əzələsindən aldığı zədəyə görə "Qarabağ"la oyunu buraxacaq. Fransız ulduzun oktyabrın 19-da yaşıl meydanlara qayıtması gözlənilir.
Qeyd edək ki, "Tottenhem" - "Qarabağ" qarşılaşması bu gün saat 23:00-da başlayacaq.
Oyunu dəyərləndirən idman jurnalisti Namiq Abbasov "Sherg.az"a söyləyib ki, bu gün Qarabağ Londonda "Totehhem"-lə üz-üzə gələcək:

"Oyundan gözləntilərim yüksəkdir. "Qarabağ" ən azından rəqib meydanlarında baxımlı oyun göstərir. Rəqib köhnə tanışdır. Qurban Qurbanov ilk görüşü yaxşı xatırlayır. Çox güman, bu dəfə "Qarabağ" güclü klub olduğunu ortaya qoymağa çalışacaq. Baş məşqçı hər bir halda taktiki gedişlərə diqqət yetirib. Təbii ki, çempionumuz oyun öncəsi itkilərdən canını qurtara bilməyib. Bu görüşdə iki futbolçumuz "Ağdam təmsilçi"-lərinə kömək edə bilməyəcək. Bunlar Kevin Medina və Markus Veşoviçdir. Müdafiəçilər tam fərqli şəkildə oyundan kənarda qalıblar. Medina çempionlar liqasının pley-off mərhəlisində "Dinamo Zaqreb"-lə cavab oyununda qırmızı vərəqə aldığı üçün uzaqlaşdırıldı. Marko Veşoviç isə zədəsindən əziyyət çəkir. Klubda bu boşluğu doldurmağa layiqli futbolçular var. Yəni Qurban Qurbanovun sınağa çəkəcəyi oyunçuları mövcuddur. Məsələn, Marko Veşoviç zədəlidirsə, onun əvəzinə Marko Jankovic heyyətdə yer ala bilər. Təbii ki, bu nüanslar məşqçinin qərarından asılı olacaq. Əlavə olaraq, Emmanuel Addainin yeni transferini təcrübədən keçirə bilərlər. Çünki o, "Totamhem" üçün sirli futbolçudur. İstənilən halda komandamızdan liqa mərhələsinə qələbə ilə başlaması gözlüyürük. Unutmamalıyıq ki, "Totenhem" İngiltərənin köklü klublarından biridir. Onların büdcəsi də" köhlən atları" üstələyir. Ümid edirəm ki, Qurban Qurbanov bu oyunda oyunçularını toparlaya biləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm