“Qəbələ”nin prezidenti: "AFFA bizə illik büdcə ayırmayacağını bildirdi"
11:23 19.12.2019
İdman
489
“Qəbələ” İdman Klubunun maliyyə problemləri ilə bağlı yazılanlar hardasa doğru idi. Klubun dağılmaq təhlükəsi olduğu yazılırdı. Oxu.Az xəbər verir ki, bunu “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov deyib.
O bildirib ki, artıq klub yeni sponsorla müqavilə bağlayıb:
“Biz bu məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla da danışmışdıq. Bu məsələ AFFA İcraiyyə Komitəsinin iclasında da müzakirə olundu. Ancaq AFFA-dan bizə illik büdcə ayrılmayacağı bildirildi. Bunu belə əsaslandırdılar ki, büdcəmiz yoxdur. Amma Allaha şükür ki, “Jalə” şirkəti ilə müqavilə bağladıq. Daha bir neçə sponsorla da danışıqlar davam edir. Onlar “Gilan Holdinq”ə daxil olmayan şirkətlərdir.
Düz qeyd edirsiniz ki, “Jalə” əvvəllər də bizə sponsor olub. Amma əvvəl “Gilan Holdinq” bizim təsisçimiz idi deyə əməkdaşlıq edirdik. Amma indi “Gilan Holdinq” bizim sponsorumuz deyil və “Jalə” ilə müstəqil şirkət kimi ilyarımlıq müqavilə bağladıq. Təbii ki, əvvəlki sponsorluqla indiki arasında maliyyə fərqi var. İndi bu şirkətin loqosu formalarımızın arxa hissəsində əks olunacaq. Qabaq hissəyə isə danışıq apardığımız şirkətlərdən birinin loqosu vurulacaq. Hələ ki o hissə boşdur”.
Fariz Nəcəfov onu da bildirib ki, komanda çempionatda var-gücü ilə mübarizə aparacaq:
“Biz çempionatda mübarizəmizi davam etdirəcəyik. Olduğu yerdən davam edirik. Klub yaşayacaq. Amma istisna etmirəm ki, digər danışıq apardığımız şirkətləri komandaya sponsor kimi cəlb etməyək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region