Qurban Qurbanov: “Futbolçunun biletini də almışdıq, sonra transfer alınmadı”
19:32 19.07.2023
İdman
734
“Böyük hesablı qələbə qazansaq da, rəqib mübarizədən əl çəkmirdi. Sona kimi futbolçular çox güc sərf etməli oldular”.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakıda Cəbəllüttariqin “Linkoln” klubuna qarşı cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.
4:0 hesablı qələbə qazanaraq ikinci təsnifat mərhələsinə yüksələn komandanın çalışdırıcısı fikirlərinə belə davam edib:
“Futbolçularımı təbrik edirəm. Yaxşı qələbə qazandıq. Azarkeşlərə təşəkkür edirəm. Yaxşı atmosfer yaratmışdılar”.
Mütəxəssis Kevin Medinanın Türkiyənin “Rizespor” klubuna keçidinin dəqiqləşmədiyini və “Linkoln"a qarşı oynamamasının bununla əlaqəli olmadığını bildirib:
“Getməsi ilə bağlı əminliklə məlumat verə bilməyəcəyəm. Oynamaması üçün müəyyən səbəblər var idi. Ona görə əsas heyətdə meydana çıxmadı. Onunla ciddi maraqlanırlar. Fikir var, amma hələ ki, bizimlədir. Düşünürəm ki, hər şey qaydasında olacaq”.
Q.Qurbanov növbəti mərhələdəki rəqib - Polşa çempionu “Rakuv”un güclü komanda olduğunu söyləyib:
“Hər bir rəqibə ciddi yanaşırıq. Hamısının bizə yaratdığı çətinliklər var. Bütün komandalara qarşı çox güc sərf edirik. "Linkoln"u məğlub etmək asan olmadı. "Rakuv"a qarşı oyunumuzda dəyişikliklər olmalıdır. Onlar başqa sistemlə oynayırlar, daha bərk komandadır. Çox ciddi rəqibdir. Polşa futbolundan bir az fərqli oynayırlar. Oyun fəlsəfələri başqa cürdür. Aşağı liqalarda böyüyərək az zamanda çempion olublar. Onlarla Türkiyədə qarşılaşmışdıq və məğlub olmuşduq. Qarşıda bir neçə gün vaxtımız olacaq ki, onları tam tanıyaq. İnanıram ki, yaxşı hazırlıq keçəcəyik”.
Mütəxəssis “Qarabağ”da məşqçi kimi xüsusi hədəfinin olmadığını əlavə edib:
“Desəm ki, hansısa həddə çatmaq, böyük uğur əldə etmək istəyirəm, bəlkə də, yanlış olar. Komandamın mübariz olmasını, gözəl kollektiv istəmişəm. Bu ad tam fərqlənir. Əlavə açıqlamaya ehtiyac yoxdur. Bir istəyim, məsuliyyətim olub ki, nə qədər güc sərf etmək lazımdırsa, onu edəcəyəm ki, uğurlarımız olsun. Hər il yeni uğur qazanmaq, bir pillə irəli getmək arzumuzdur. Nə dərəcədə nail olduğumuzu oyunlardan görürsünüz”.
Q.Qurbanov transfer çalışmalarını davam etdirdiklərini bildirib:
“Transfer bazarı işimizin ən vacib hissələrindən biridir. Heyətdə 20-25 futbolçu olsa da, daim yeniləri ilə maraqlanırıq. Bəzən tez alınır, bəzən aylar, illər gözləyirik. Həmişə transfer bazarında aktivik. Hazırda da işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıqlar davam edir. Müdafiəyə, yarımmüdafiəyə, hücuma transfer ola bilər. Bəzən düşünmədiyimiz anda transfer alınmır. 20-25 gün əvvəl başımıza gəldi. Futbolçunun biletini də almışdıq, sonra transfer alınmadı. Bizdən asılı olmayan məqamlar var”.
Qeyd edək ki, Cəbəllüttariqdəki ilk matçda 2:1 qalib gələn “Qarabağ” ümumi hesabda 6:1 üstün olaraq mərhələ adlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya