Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu"
19:32 03.10.2024
İdman
602
"Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu.
"Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Malmö"yə qarşı keçirdikləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis matçın nəticəsi ilə bağlı bunları söyləyib:
"Əfsus ki, məğlub olduq. Doğma azarkeşlər önündə məğlub olmaq istəməzdik. İkinci hissədə erkən qol buraxdıq. Bu bir qədər təsir etdi. Rəqibi təbrik edirəm".
Baş məşqçi heç vaxt həvəsdən düşmədiklərini söyləyib:
"Deməzdim komanda həvəsdən düşüb. Elə bir vaxtdır ki, bəlkə də psixoloji yorğunluq var. Heç vaxt həvəsdən düşməmişik. Müəyyən reallıqları qəbul etməliyik. Daha yaxşı oynaya bilərik. Belə oyunlarda həddindən artıq motivasiya olmalıdır. Düşünürəm ki, "Malmö" ilə oyundan sonra futbolçular da bunu bir daha anladılar. İnanıram ki, bu oyunun bizə faydası olacaq".
O, heyətdəki qapıçıların oyununa da toxunub:
"Qapıçılarla bağlı düşünəcək bir şey yoxdur. Onların hansı çempionatdan gəldiklərini nəzərə alsaq hər ikisinin bacarığı, böyük potensialları olduğunu deyə bilərəm. Şahruddin Məhəmmədəliyevin kollektivlə məşq üçün bir qədər vaxta ehtiyacı var. Düşünürəm ki qarşıdakı günlərdə daha da yaxşı olacaq. İndi ediləcək nəsə yoxdur".
Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat