Santuş: "Slovakiyaya məğlubiyyəti biabırçı adlandırmazdım"
18:41 14.10.2024
İdman
387
Bunu biabırçı məğlubiyyət adlandırmazdım.
"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş Bakıda Slovakiya seçməsinə 1:3 hesabı ilə uduzduqları Millətlər Liqasının qrup mərhələsinin IV tur matçından sonra mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis 68 dəqiqə yaxşı oyun sərgilədiklərini bildirib:
"Bəxt amili də rəqibin tərəfində oldu. Qırmızı vərəqə matçın qırılma nöqtəsi idi. Bəzi elementləri yaxşılaşdırmalıyıq. Bunun üçün vaxt lazımdır. Məncə, hakimin qərarı da qərəzli idi. İki sarı vərəqə müzakirə mövsuzu olmalıdır"
Santuş qısa müddət ərzində proyektin reallaşmasının mümkünsüz olduğunu söyləyib: "Zaman lazımdır. Bir neçə ildən sonra komanda istənilən rəqibə qarşı normal oyun göstərə biləcək. Millidə potensial görürəm. Sadəcə, bizə vaxt lazımdır. Bu gün komanda müsbət nəticə qazanmaq üçün hər şeyi etdi. Qırmızı vərəqə olmasaydı, tamam fərqli nəticə görə bilərdik. 68 dəqiqə ərzində effektik futbol gördüm. Heç kim bu nəticəni arzulamaz. Məncə, düzgün yoldayıq. Gələcəkdə yaxşı nəticələrə ümid etmək olar. Hər kəsi başa düşürəm. Dörd matçdakı neqativ nəticələrdən hər kəs məmnun deyil. Bu barədə düşünəcəyik. Qol fürsətləri yaxalayırıq. Amma yararlana bilmirik. Düşürəm ki, daha çox çalışaraq bütün problemləri aradan qaldıracağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur