
Silah bazarlığı...
Silah bazarlığı...
Yusif Nəzərli
06:35 28.04.2023
İdman
858
Rusiya-İran kəmərindəki barıtlar regiondakı kövrək təhlükəsizlik ruhunu daha da dalğalandırır
Nüfuzlu “Wall Street Journal” nəşri İranın Rusiyanı silah-sursatla, kamikadze dronlarla təchiz etdiyini göstərən bəzi rəqəmləri açıqlayıb. Bəlli olub ki, İran son altı ay ərzində yük gəmiləri ilə Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb. İran Rusiyanın Ukraynada apardığı hərbi kampaniyanı dəstəkləmək üçün yük təyyarələri və Xəzər dənizi vasitəsilə silahlar daşıyır. Ekspertlərin fikrincə, yük təyyarələri ilə həyata keçirilən silah ixracına müdaxilə etmək çətindir. Ancaq Xəzər dənizində daşımaların qarşısını almaq mümkün görünür. Buna görə Xəzər dənizini bölüşən, həmsərhəd olan dövlətlərin köməyinə ehtiyac var.

Siyasi şərhçi Aqşin Kərimov deyib ki, İrandan Rusiyaya artan silah axını uzunmüddətli perspektiv üçün regionda gərginliyin artmasını şərtləndirir. Çünki bu silah trafikinin bir qarşılığı var. İndi İran da Rusiyadan “Su-35” qırıcı təyyarələrini almağa hazırlaşır: "Bu, Rusiyanın Ukraynadakı, İranın isə regiondakı kampaniyalarını qarşılıqlı şəkildə şirnikləndirən silsilədir. Rusiyanın İrandan istəyə biləcəyi əsas yardım elə silah daşımalarını artırmaqdır. Ancaq Tehranın Moskvadan diləyə biləcəyi başqa şeylər də var. Birincisi, İran Cənubi Qafqazda Azərbaycanın və Türkiyənin ziddinə olan platformalarda həlledici paya sahiblənmək istəyir ki, bu iş də Kremlin yardımı ilə mümkündür. Ancaq ortada incə bir xətt var, Rusiya İranla hər nə qədər yaxınlaşsa da, Tehranın regiondakı hərbi-siyasi ritorikasını sərtləşdirməsi kampaniyasının dəstəkçisi deyil. Çünki bu iki ölkə bir-birilə müharibələr aparan imperiyaların tarixi varisləridir və rəqabət indinin özündə də davam etməkdədir. İkincisi, İran nüvə silahı əldə etmək məqsədinə yaxınlaşmaqda Rusiyadan dəstək axtarır. Ancaq Moskva bu məsələdə də Tehranın maraqlarına oynamaqdansa, İsrailin və Qərbin seçimini gizlicə üstün tutur. Üçüncüsü, İran Yaxın Şərq regionunda, xüsusilə də Suriyada Türkiyəni, İsraili sıxışdırmaqdan ötrü əlləşir. Maraqlarını Rusiya ilə koordinasiya etməyə çalışır. Ancaq Rusiya Türkiyə və İsraillə münasibətlərin ruhunu nəzərə alaraq Tehrana güzəştə getməkdən yayınır. Buradan belə məntiq doğur ki, Rusiya ilə İran arasındakı silah alış-verişi Tehran üçün çoxməqsədli, Moskva üçün isə hərbi təyinatlı məsələdir".
A.Kərimov vurğuyıb ki, hərbi-texniki sahədəki əməkdaşlıq perspektivdə Moskva-Tehran təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsini və regionda birlikdə hərəkət etmək üçün baza formalaşdırmağı stimullaşdıra bilər: "Yəqin ki, indi İran və Rusiya silahlar kəməri ilə Yaxın Şərqdəki ümumi güc balansını kəskin şəkildə dəyişmək və ən əsası da ortaq rəqib ABŞ-ni regionda dar nöqtəyə itələmək istəyir.
Bu, mürəkkəb məsələdir, amma Çinin Yaxın Şərqdə ABŞ-nin buraxdığı strateji boşluqlara sızması Rusiya-İran xətti üçün dəstəkləyici mexanizm ola bilər. Son vaxtlar Rusiya-İran-Çin oxundakı aktivliyin artması ortaq maraqlarla Yaxın Şərqdə “at oynatmaq” planının prioritet olduğunu göstərir. Moskva-Pekin-Tehran üçlüyü Yaxın Şərq platformasında komponentləri tərsinə çevirə bilsə, bunun uzantılarını Cənubi Qafqaza da daşımağa çalışacaq. Hərçənd, Yaxın Şərqdə kütləvi şəkildə strateji planları alt-üst etmək qəlizdir. Yəqin ki, Ukraynadakı müharibənin nəticələri prosesləri daha aydın şəkildə nümayiş etdirəcək. Hər halda ABŞ-nin Yaxın Şərq üzrə siyasətində risklər mövcuddur və bunun qarşısını almaqdan ötrü Vaşinqton müttəfiqi İsraili dəstəkləməklə yanaşı, Türkiyə ilə əlaqələrini yenidən nəzərdən keçirməlidir. Nəticə olaraq, Rusiya-İran kəmərindəki barıtlar regiondakı kövrək təhlükəsizlik ruhunu daha da dalğalandırır. Çinin vasitəçiliyi ilə İranla Səudiyyə Ərəbistanı yaxınlaşıb. Lakin bu, regionda uzunmüddətli sabitliyi poza bilən amilləri həll edə bilmir. Çünki İran potensial nüvə silahına can atır, üstəgəl o, Rusiyadan yeni silahlar alsa, bu, Tehranın İsraillə münaqişə dinamikasını daha da gərginləşdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya