Şumaxerin meneceri: "Arvadı yalan danışır, vəziyyəti daha ağırdır"
07:00 13.11.2019
İdman
529
“Formula-1” oyunlarının dünyaca məşhur pilotu Mixail Şumaxerin meneceri Uilli Ueber qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, menecerin sözlərinə görə, Şumaxerin həyat yoldaşı Korrina əfsanəvi pilotun səhhəti ilə bağlı həqiqəti gizlədir.
2013-cü ilin sonunda yeddiqat dünya çempionu xizəklə sürüşəndə dağın yamacından yıxılmışdı. Başından ciddi zədə alan Şumaxer o vaxtdan bəri komada idi. Ailəsinin bir neçə ay öncə verdiyi məlumata görə, o, öz evində reabilitasiya keçir və sağalmaqdadır. Səhhəti haqqında məlumat yalnız ailəsi və idmançıya lazımi qayğı göstərən mütəxəssislər tərəfindən verilir.
Ancaq 50 yaşlı pilotun meneceri və yaxın dostu Uilli Ueber əmindir ki, hər şey onun Mixailin yanına getməsinə icazə verməyən Korrinanın göstərməyə çalışdığı kimi deyil.
“Zərbənin güclü olduğunu bilirəm, ancaq irəliləyiş olub-olmadığı barədə məlumatım yoxdur. Onu görmək istəyirəm, amma Korrina mənə imkan vermir. Düşünürəm ki, həqiqəti anlayacağımdan və insanların hər şeyi öyrənəcəklərindən qorxur. Mixail güclüdür, bir şans olsa da, o, bundan istifadə edəcək. Onun üçün dua edirəm və bir daha görəcəyimə ümid edirəm”, - deyə Ueber söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol