Tuncay Şanlı: "Ayaks"la oyun "Qarabağ" üçün dönüş nöqtəsi olacaq
13:55 19.10.2024
İdman
558
"Ötən mövsüm "Qarabağ" Avropa Liqasında 1/8 finala yüksəlməklə tarixi uğura imza atmışdı".
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyə millisinin və "Fənərbağça"nın sabiq hücumçusu Tuncay Şanlı deyib.
Ağdam təmsilçisinin UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəyi oyundan danışan 43 yaşlı keçmiş forvard şansları dəyərləndirib. O, Azərbaycan çempionunun güclü komanda olduğunu bildirib:
"Bu komanda uzun illərdir Azərbaycanı Avropa meydanlarında yüksək səviyyədə təmsil edir. Düzdür, bu mövsüm Avropa Liqasına yaxşı başlamasalar da, yerli çempionatda gözəl oyun nümayiş etdirirlər. Komandanın çox yaxşı heyəti və potensialı var. Zənnimcə, "Ayaks"la matç "Qarabağ" üçün dönüş nöqtəsi olacaq. Qardaş ölkə təmsilçisinə qarşıdakı görüşlərdə uğurlar arzulayıram".
"Beşiktaş"ın Avropa Liqasının əsas mərhələsinin ilk turunda "Ayaks"la keçirdiyi oyunu xatırladan tanınmış futbolçu deyib:
"Avrokuboklarda hər oyun çətin keçir. Bu cür turnirlərdə heç vaxt favorit olmur. Güclü komandalar xal itkisi yaşaya bilirlər. Bu fikirlərim "Beşiktaş" - "Ayaks" matçına da aiddir".
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 20:45-də start götürəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur