
Kardioloq: “Müntəzəm idman ürəyinizi möhkəmləndirir və xəstəlik riskini azaldır"
09:27 31.10.2025
Sağlamlıq
418
Kişilər daha çox hərəkət etməlidirlər
Günel Kərimova: Qadınlar ürək üçün kişilərdən az məşq edir, amma daha çox fayda görür
Həftədə 4 saat qadınlara kifayətdir, kişilər üçün 9 saat lazımdır
Qadınlar ürək sağlamlığı baxımından kişilərlə müqayisədə idmandan daha çox fayda görür, “Nature Cardiovascular Research” jurnalında dərc olunan tədqiqata görə, qadınlar həftədə cəmi 4 saat fiziki fəaliyyətlə məşğul olduqda, ürək-damar xəstəliklərinin, xüsusən də işemik ürək xəstəliyinin riskini təxminən 30 faiz azaldır. Eyni təsiri əldə etmək üçün kişilərin həftədə doqquz saata yaxın idman etməsi tələb olunur.
Tədqiqatçılar bildirib ki, az miqdarda fiziki fəaliyyət belə sağlamlığa müsbət təsir göstərir. Həftədə 2,5 saat orta və ya intensiv idman qadınlarda xəstəlik riskini 22 faiz, kişilərdə isə 17 faiz azaldır. Ürək-damar xəstəliyi olan insanlar üçün də idmanın faydası sübut olunub: qadınlar cəmi 51 dəqiqəlik həftəlik fəaliyyətlə ölüm riskini azaldır, kişilərin isə bu effekti əldə etməsi üçün 85 dəqiqəlik idman lazımdır.
Mütəxəssislər fərqin bioloji səbəblərlə əlaqəli olduğunu bildirib. Qadınlarda estrogen hormonu damarları qoruyur və yağ yandırılmasını artırır, həmçinin onların əzələlərində dözümlülüyə cavabdeh liflər daha çoxdur. Bu amillər qadınların ürəyinin daha az məşq zamanı belə daha sağlam qalmasına kömək edir.
Mövzuyla bağlı Sherg.az-a danışan kardioloq Günel Kərimova deyib ki, idman ürək sağlamlığını qorumaq və ürək-damar xəstəlikləri riskini azaltmaq üçün ən təsirli vasitələrdən biridir. Düzgün həyata keçirilən fiziki fəaliyyət, ürək-damar sistemini gücləndirir, qan təzyiqini tənzimləyir və qan dövranını yaxşılaşdırır:

“Ürək insan orqanizminin ən vacib orqanlarından biridir və onun sağlamlığı birbaşa həyat keyfiyyətini müəyyənləşdirir. Ürək-damar sisteminin normal fəaliyyəti üçün düzgün qidalanma, sağlam həyat tərzi və ən əsası, müntəzəm fiziki aktivlik mühüm əhəmiyyət daşıyır. İdman həm ürək əzələsini möhkəmləndirir, həm də qan dövranını tənzimləyərək orqanizmin ümumi sağlamlığını qoruyur. Müntəzəm fiziki fəaliyyət ürəyin nasos funksiyasını gücləndirir və qan dövranını artırır. Bu zaman ürək hər döyüntüdə daha çox qan pompalayır, nəticədə orqanlara və əzələlərə daha çox oksigen çatdırılır. Uzunmüddətli məşqlər ürəyin daha səmərəli işləməsinə və istirahət halında nəbzin azalmasına səbəb olur ki, bu da ürək üçün daha az yük deməkdir. Sağlam qidalanma, düzgün həyat tərzi və davamlı idman vərdişi ilə ürək xəstəlikləri riski əhəmiyyətli dərəcədə azaldıla bilər”.
Ürək sağlamlığını qorumaq üçün kişilərin qadınlardan daha çox idman etməsinin vacibliyinə gəldikdə isə həkim qeyd edib ki, fizioloji baxımdan kişilərin ürək-damar sistemi və maddələr mübadiləsi qadınlardan fərqlənir:
“Kişilərin əzələ kütləsi daha çox, yağ faizi isə nisbətən az olduğundan, enerji sərfiyyatı və metabolik aktivlik də yüksək olur. Buna görə də orqanizmin tarazlığını qorumaq və ürək-damar sağlamlığını təmin etmək üçün kişilərin daha çox fiziki fəaliyyətə ehtiyacı yaranır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya