Bu gün Sumqayıtın bir hissəsində qaz olmayacaq

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz kəsiləcək.

Bu barədə Teleqraf-a Sumqayıt Regional Qaz İstismarı idarəsindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün işlər yekunlaşanadək Sumqayıt şəhərinin 52-ci məhəlləsinin və Ceyranbatan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.